Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Paytaxtda 2 qadını maşın vurub öldürdü
 
						Paytaxtda 2 qadını maşın vurub öldürdü
Əlavə olunub: 04.01.2025 | 09:19 | Baxılıb: 3060
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“omrum.az” xəbər verir ki, E.Qəhrəmanov idarə etdiyi “Vaz” markalı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi ərazisində yolu keçən 1966-cı il təvəllüdlü Xatirə Məmmədovanı vurub.

Ağır xəsarətlər alan qadın Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada vəfat edib.

Oxşar hadisə ötən gecə saat 22 radələrində Xətai rayonunda da qeydə alınıb. Belə ki, Şamxal Şirinov sərxoş halda idarə etdiyi “BMW” markalı avtomobillə Məhəmməd Hadi küçəsində yolu keçən qadını vurub.

Ağır xəsarətlər alan Bahar Əsgərova hadisə yerində vəfat edib.

Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.