Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.26.2025 | 15:15 | Baxılıb: 4030
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları cəzalandırılıb.

Bu barədə “omrum.az”ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə, Xidmətin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubovun və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayevin ədliyyə orqanlarından xaric edilərək qulluq keçmələrinə xitam verilib.

Xidməti işinə məsuliyyətsiz yanaşaraq qanunla müəyyən olunmuş əsas vəzifələrini yerinə yetirmədiklərinə və fəaliyyətlərində digər ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar Xidmətin bir qrup əməkdaşına qarşı isə intizam tənbehi tədbirləri görülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.