Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Pezeşkian İraqa məsləhət verdi - “Ciddi nəzarət edin”
 
						Pezeşkian İraqa məsləhət verdi 
							 - “Ciddi nəzarət edin”
Əlavə olunub: 06.15.2025 | 17:35 | Baxılıb: 6440
İran Prezidenti Məsud Pezeşkian İraq Baş naziri Məhəmməd Şiya əl-Sudani ilə telefon danışığı aparıb.

“omrum.az” xəbər verir ki, bu haqda “Mehr” agentliyi məlumat yayıb.

“Müharibəni biz başlamadıq, lakin qətiyyətlə cavab verdik. Əgər bu hücumlar təkrarlanarsa, daha ağrılı cavablar veriləcək” , - İran Prezidenti bildirib.

O bildirib ki, “İraq hökuməti öz sərhədlərini və hava məkanını daha ciddi nəzarət etməlidir ki, həmin ərazidən İrana qarşı sui-istifadə edilməsin”.

İraq Baş naziri İsrailin hücumları nəticəsində həlak olan İranın yüksək rütbəli hərbi komandirləri və mülki şəxslərin itkisinə görə başsağlığı verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.