Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.22.2025 | 15:15 | Baxılıb: 4656
Bir neçə gün öncə İran Prezidenti Məsud Pezeşkian Qəzvin əyalətinə səfəri zamanı inqilabdan əvvəlki universitet mühitindən danışıb.

“omrum.az"in “Azad İran”a istinadən xəbərinə görə, o bildirib ki, həmin dövrdə bir çox qız tələbələr hicab taxmırdı, buna baxmayaraq, yüksək şəxsiyyət və nümunəvi davranış sərgiləyirdilər.

“İnqilabdan əvvəl - universitetdə oxuduğumuz vaxt bir çox qız tələbə hicablı deyildi, amma çox şəxsiyyətli idi. Heç bir qız özünü başqa cür göstərə bilməzdi. O vaxt kimsə onlara söz deyə və ya hörmətsizlik edə bilməzdi”, - o vurğulayıb. 

Prezidentin bu açıqlaması ölkədə geniş müzakirələrə yol açıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.