Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Piyadanı vuran avtomobil yük maşınına çırpıldı - Ölən və yaralanan var
 
						Piyadanı vuran avtomobil yük maşınına çırpıldı 
							 - Ölən və yaralanan var
Əlavə olunub: 05.21.2025 | 09:32 | Baxılıb: 1316
Dünən saat 21 radələrində Sumqayıtda ağır yol qəzası baş verib.

“omrum.az” xəbər verir ki, Ramazan Həsənov idarə etdiyi “Mercedes ML 320” markalı avtomobillə Bakı-Quba magistralının Sumqayıtdan keçən hissəsində piyada Samiq Fərhad oğlu Abdullayevi vurub.

Daha sonra maşın idarəetmədən çıxaraq “MAN” markalı yük avtomobilinin yarımqoşqusuna çırpılıb. Nəticədə “Mercedes”də sərnişin qismində əyləşmiş 1986-cı il təvəllüdlü Ruslan İsmayıl oğlu Rzayev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Piyada isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.