Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.24.2025 | 11:11 | Baxılıb: 1554
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

“omrum.az” nazirliyə istinadən xəbər verir ki, noyabrın 22-də və 23-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 8 avtomat silahı, 1 pulemyot və 1 tapança aşkar edib.

Bununla yanaşı, son 2 gündə 1 qumbara, 11 tüfəng, 12 patron darağı və 469 ədəd müxtəlif çaplı patron da polis tərəfindən aşkar edilərək götürülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.