Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.14.2025 | 10:37 | Baxılıb: 1315
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

“omrum.az” nazirliyə istinadən xəbər verir ki, noyabrın 13-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 6 avtomat silahı, 2 tapança və 2 qumbara aşkar edib.

Bununla yanaşı, 2 qumbara alışdırıcısı, 5 tüfəng, 17 patron darağı və 115 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.