Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.02.2025 | 17:22 | Baxılıb: 458
Abşeron RPİ-nin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı əməliyyat və profilaktik tədbirlər keçirilib.

"omrum.az" xəbər verir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 3 fakt aşkarlanıb.

Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 10 nəfər saxlanılıb, “isti izlərlə” 6 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq, dilənçilik və tüfeyli həyat tərzi keçirən şəxslər müəyyən olunub və xırda xuliqanlıqla əlaqədar 23 fakt aşkarlanıb.

Həmçinin, əhali rayonunda aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan 21 ədəd silah-sursat könüllü polisə təhvil verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.