Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Polis suya düşən sürücünü belə xilas etdi - Video
 
						Polis suya düşən sürücünü belə xilas etdi 
							 - Video
Əlavə olunub: 04.16.2025 | 16:27 | Baxılıb: 9538
Paytaxtın Qaradağ rayonunda “Lexus” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı su hövzəsinə düşüb.

“omrum.az” xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Boğulma təhlükəsi ilə üzləşən və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalan sürücü polis əməkdaşlarının köməyi ilə xilas edilib.

Qeyd edək ki, hava şəraiti ilə əlaqədar olaraq DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır. Daxil olan çağırışlar üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilir.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.