Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.26.2025 | 10:50 | Baxılıb: 10700
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd etdiyinə və digər qanunsuz hərəkətlərinə görə saxlanılan şəxslərdən İbrahim Əsədli həkimdir.

“omrum.az” xəbər verir ki, İ.Əsədli həkim-onkoloqdur. O, bir müddət əvvəl onkoloji xəstəlikləri alternativ üsullarla müalicə etməklə bağlı dedikləri ilə gündəmə gəlmişdi.

Daha əvvəl isə İbrahim Əsədli işlədiyi “Loğmed” klinikasındakı kabinetində sevgilisi ilə birlikdə həyat yoldaşına qarşı zorakılıq etməkdə ittiham olunurdu. Həmin vaxt həkimin xanımı mətbuata və polisə onun əməlləri ilə bağlı şikayətlər etmişdi.

Qeyd edək ki, polis əməkdaşları İ.Əsədlinin iş yerinə baxış keçirərkən oradan çoxsaylı ideoloji vasitələr və SSRİ bayraqları aşkar edilib.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.