Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu
 
						Polkovnikin cəzası açıqlandı 
							 - Xidmət rəisi də zalda həbs olundu
Əlavə olunub: 04.17.2025 | 18:10 | Baxılıb: 11864
Xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun komandiri və tibb xidmət rəisi vaxtında zəruri tədbirlər görmədikikləri üçün vəzifə səlahiyyətlərini aşmaqda təqsirli biliniblər.

“omrum.az"in məlumatına görə, Naxçıvan Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Məhkəmə istintaqı zamanı toplanmış sübutlar əsasında müttəhimlər təqsirli hesab edilib.

Hökmə əsasən, Samir Həziyev 4 , Aydın Quliyev isə 3 il müddətə azadlıqdan məhrum edilib. Bu günə qədər azadlıqda olan A.Quliyev məhkəmə zalında həbs edilib.

Hökmdən əvvəl vəkillər Orxan Zeynalov və Kəramət Əliyev müdafiə çıxışlarında, müttəhimlər son sözlərində bəraət istəyiblər.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Naxçıvanda baş verib. Əsgər Ceyhun Hüseynov iyunun 9-da N saylı hərbi hissədən naməlum şəraitdə itkin düşüb, iki gün sonra qətlə yetirilmiş halda tapılıb.

Ceyhun ali təhsilli olub. O, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib, 627 balla ADA Universitetinə qəbul olunub.

Məhkəmə istintaqı zamanı toplanmış sübutlar əsasında müttəhimlər təqsirli hesab edilib.

Xatırladaq ki, Ceyhunun qətlə yetirilməsi ilə Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdı.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.