Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Polşa bu ölkə prezidentini ərazisinə buraxmayacaq
 
						Polşa bu ölkə prezidentini ərazisinə buraxmayacaq
Əlavə olunub: 05.13.2025 | 21:21 | Baxılıb: 2854
Polşa Serb Respublikasının Prezidenti Milorad Dodikin ölkə ərazisinə daxil olmasını qadağan edəcək.

“omrum.az” xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Milorad Dodikin ölkəyə girişinə qadağa qoyulması proseduruna başlanılıb. Bu, hələ də davam edir və bir neçə gün ərzində tamamlanacaq”, - məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl Avstriya və Almaniya “Bosniya və Herseqovinadakı konstitusiya böhranını” əsas gətirərək Dodikə ölkəyə giriş qadağası qoyub. Vyana və Berlin “konstitusiya böhranına görə məsuliyyət daşıyanlara qarşı təcili olaraq əlavə tədbirlər görməyə” qərar veriblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.