“omrum.az” xəbər verir ki, hücumla əlaqədar olaraq, Polşa öz qırıcılarını havaya qaldırıb.
Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının “X” hesabında paylaşdığı məlumata görə, Rusiyanın Ukraynaya yeni hücumu fonunda bütün zəruri proseslər işə salınıb.
Bildirilib ki, görülən tədbirlərin məqsədi Polşa ərazisinin və onun vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsidir.
Xatırladaq ki, Polşa sonuncu dəfə avqustun 19-da Rusiyanın Ukrayna bölgələrinə hücumu zamanı qırıcılarını havaya qaldırmışdı.
Onu da bildirək ki, avqustun 20-də Polşada Osina kəndində qarğıdalı tarlasına naməlum predmet düşüb və daha sonra partlayıb.