Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Polşadakı Prezident seçkilərində qalib oldu
 
						Polşadakı Prezident seçkilərində qalib oldu
Əlavə olunub: 06.02.2025 | 08:24 | Baxılıb: 1794
Ötən gün Polşada prezident seçkilərinin ikinci turu keçirilib.

“omrum.az” xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərdə “Hüquq və ədalət” partiyasının namizədi Karol Navroçki 50,9 faiz səs toplayaraq qalib gəlib.

Bildirilib ki, bunu Respublika Dövlət Seçki Komissiyasının bülletenlərin 100%-nin emalından əldə edilən məlumatlar da sübut edir.

Hakim Vətəndaş Koalisiyasının namizədi və Varşava meri Rafal Tşaskovski isə 49,1% səs toplayıb.

Polşa Mərkəzi Seçki Komissiyasının internet saytında dərc olunan məlumatlara görə, keçirilən prezident seçkilərində ikinci turda seçicilərin fəallığı rekord sayda - 71,63% təşkil edib. Seçici fəallığı üzrə əvvəlki rekord 1995-ci ildə (68,23%) qeydə alınıb.

Qeyd edək ki, Andjey Duda 2015-ci ildə Polşanın dövlət başçısı seçilmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.