Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Pomidorla dolu “Qazel” aşdı - Video
 
						Pomidorla dolu “Qazel” aşdı 
							 - Video
Əlavə olunub: 08.07.2025 | 11:26 | Baxılıb: 2556
Avqustun 6-da Xaçmazda bazara pomidor daşıyan "Qazel" markalı yük avtomobili aşıb.

“omrum.az” xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun hərəkət hissəsində aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da, 3 tondan çox pomidor yola dağılıb.

Aşan yük maşını kran vasitəsilə yoldan kənarlaşdırılıb və digər avtomobillərin maneəsiz hərəkəti təmin olunub.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.