Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Prezident Yamayka Baş nazirini təbrik etdi
 
						Prezident Yamayka Baş nazirini təbrik etdi
Əlavə olunub: 08.06.2025 | 11:58 | Baxılıb: 529
Azərbaycan Prezidenti İlham Əliyev Yamayka Baş naziri Endryu Holnessə təbrik məktub ünvanlayıb.

“omrum.az” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Baş nazir,

Yamaykanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Bu il Azərbaycan ilə Yamayka diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklər. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.