
“omrum.az” xəbər verir ki, H.Hacıyevin “X” sosial şəbəkəsində paylaşdığı videoda hərbi orkestrın “Qurban olum, Azərbaycan” mahnısını ifa etdiyi əks olunub.
“Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri zamanı Baş nazir Robert Fitso tərəfindən təşkil edilən qəbulda hərbi orkestr slovak ənənəvi musiqi aləti olan simbalda böyük peşəkarlıqla “Qurban olum, Azərbaycan” mahnısını ifa edir”, - o yazıb.