“omrum.az” xəbər verir ki, hərbi orkestrin ifasında Azərbaycan milli musiqi nümunələri, “Sərhədçi” rəqs ansamblının rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi igidlik və cəsarət nümunələri böyük maraqla qarşılanıb.
Şou müddətində Azərbaycan süvariləri yüksək peşəkarlıq nümayiş etdiriblər.
Sonra qonaqlar avtobusla Ağdam şəhərini gəziblər.