Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.13.2025 | 21:10 | Baxılıb: 2064
Ötən mövsüm “Qalatasaray” – “Fənərbağça” derbisindən sonra yaşanan qalmaqallarla bağlı İstanbul məhkəməsinin prokuroru 2 futbolçu barəsində ağır cəza istəyib.

“omrum.az” xəbər verir ki, bu barədə “Hürriyet” nəşri məlumat yayıb.

Belə ki, məhkəmədə dövlət ittihamçısı “sarı-lacivərdlilər”in oyunçuları Ceydon Ostervolde və Mert Hakan Yandaş barəsində həbs qərarı çıxarılmasını tələb edib. İttihamlar “qəsdən xəsarət yetirmə”, həmçinin “idman obyektlərində ictimai asayişin pozulması və ziyan vurulması” maddələrinə əsaslanır.

Prokuror, eyni zamanda klubun həkimi Ertuğrul Karanlık, “Fənərbağça”nın keçmiş meneceri Hulusi Belgü və sabiq baş məşqçi İsmail Kartalın oğlu Emre Kartal üçün də 1 il 3 aydan 3 il 4 ay 15 günədək həbs cəzası istəyib.

Məhkəmə tərəflərin müdafiəsini hazırlaması üçün vaxt ayıraraq növbəti iclasın yanvarın 15-də keçiriləcəyini açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.