Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.20.2025 | 03:27 | Baxılıb: 1542
Afrikada 2025-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

“omrum.az"in məlumatına görə, bu barədə rəsmi açıqlama Afrika Futbol Konfederasiyası (CAF) tərəfindən verilib.

Bu il ən yaxşı futbolçu adına PSJ-də çıxış edən Əşrəf Hakimi layiq görülüb.

Mərakeşli yarımmüdafiəçi ötən mövsüm Paris təmsilçisi ilə Çempionlar Liqasının, Fransa Liqa 1-inin, Fransa Kubokunun və Superkubokunun qalibi olub. O, bütün turnirlərdə ümumilikdə 55 matçda meydana çıxaraq 11 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.