Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.12.2025 | 17:32 | Baxılıb: 875
Fransanın PSJ klubu Ukrayna millisinin müdafiəçisi İlya Zabarnını transfer edib.

“omrum.az” xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Buna qədər İngiltərənin “Bornmut” klubunda çıxış edən futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb. PSJ-nin bu keçidi 63 milyon avroya həll etdiyi bildirilir. Bundan əlavə “Bornmut” bonus olaraq daha 3 milyon avro ala bilər.

Qeyd edək ki, 2023-cü ilin yanvarında ingilislər müdafiəçi üçün onun sabiq klubu “Dinamo”ya (Kiyev) 22,7 milyon avro ödəmişdi.

Nihad Əsədov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.