“omrum.az” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyənin diplomatik missiyası məlumat verib.
“Vladimir Putin Hakan Fidanı qəbul edib. Görüş saat 19:30-da başlayıb və davam edir”, - məlumatda deyilir.
***
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, görüşdə Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün son təşəbbüslər, həmçinin mayın 16-da İstanbulda keçirilən danışıqlardan sonra baş verənlər müzakirə edilib.
Görüş zamanı, həmçinin iqtisadiyyat və enerji sahəsində ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.