
“omrum.az” xəbər verir ki, bu sözləri ABŞ lideri Donald Tramp jurnalistlərin Stiv Uitkoff (ABŞ prezidentinin xüsusi nümayəndəsi - red.) və Cared Kuşnerin (Ağ Evin yüksəksəviyyəli müşaviri - red.) Rusiya Prezidenti Vladimir Putinlə görüşünün nəticələri ilə bağlı suala cavabında deyib.
“Uitkoff və Kuşnerin təəssüratı belə oldu. Düşünürəm ki, o daha normal həyata qayıtmaq, həftədə minlərlə əsgər itirmək əvəzinə, açıq şəkildə Amerika Birləşmiş Ştatları ilə ticarət etmək istəyir. Onların təəssüratına əsasən, Putin razılaşmaq istəyir”, - deyə Tramp qeyd edib.
O vurğulayıb ki, S. Uitkoff və C. Kuşner Putinlə kifayət qədər yaxşı görüş keçiriblər.
“Rusiya-Ukrayna müharibəsi heç vaxt başlamamalı idi. Mən bu ofisdə olanda onlara dedim ki, kartları yoxdur. Həmin vaxt barışmaq üçün yaxşı vaxt idi, amma bunu etməmək qərarına gəldilər. Lakin Prezident Putin dünən Cared Kuşner və Stiv Uitkoffla çox yaxşı görüş keçirib. Bu görüşdən nə nəticə çıxardığını sizə deyə bilmərəm, çünki tanqo üçün iki nəfər lazımdır”,- deyə Tramp əlavə edib.