Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Putin yaranmış vəziyyətdən narahatdır - Trampla danışdı
 
						Putin yaranmış vəziyyətdən narahatdır 
							 - Trampla danışdı
Əlavə olunub: 06.14.2025 | 20:35 | Baxılıb: 2737
Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında növbəti telefon danışığı olub.

“omrum.az” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

“Fikir mübadiləsi təbii olaraq, Yaxın Şərqdə vəziyyətin təhlükəli gərginləşməsinə yönəlib. Vladimir Putin münaqişənin bütün Yaxın Şərqdəki vəziyyət üçün gözlənilməz nəticələrə gətirib çıxara biləcəyi ehtimalı ilə bağlı ciddi narahatlığını bildirib”, - Kreml sözçüsü əlavə edib.

O deyib ki, Prezident amerikalı həmkarını İsrailin Baş naziri və İran Prezidenti ilə apardığı telefon əlaqələri barədə məlumatlandırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.