Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Putin-Zelenski görüşü bu ölkələrdən birində ola bilər
 
						Putin-Zelenski görüşü bu ölkələrdən birində ola bilər
Əlavə olunub: 08.21.2025 | 13:13 | Baxılıb: 2276
Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş İsveçrə, Avstriya və yaxud Türkiyədə keçirilə bilər.

“omrum.az” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə V.Zelenski jurnalistlərə açıqlamasında danışıb. 

“İsveçrə, Avstriya ilə razıyıq. Türkiyə isə bizim üçün NATO ölkəsi, eləcə də Avropanın bir hissəsidir və görüşün burada olmasına etiraz etmirik. Moskvada isə görüş ola bilməz”, - Ukrayna lideri qeyd edib. 

Danışıqların Macarıstanda keçirilməsi ehtimalı barədə danışan Zelenski bildirib: “Bu, asan deyil. Səmimi desək, Budapeşt bizi dəstəkləməyib. Demirəm ki, Viktor Orbanın siyasəti Ukraynaya qarşı olub, lakin bu siyasət Ukraynaya dəstəyin əleyhinə olub”.

Xatırladaq ki, Ağ Ev artıq V.Putinlə V.Zelenski arasında görüşün hazırlıqlarına başlayıb. Vaşinqton Budapeşti bu görüş üçün əsas məkanlardan biri hesab edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.