“omrum.az” xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.
Zelenski ABŞ Prezidenti Donald Trampın sözügedən görüşün keçirilməsinə cavab olaraq deyib:
“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə görüşə gəlməmək üçün bəhanə axtarmayacaqlar”.
Eyni zamanda, Zelenski bəyan edib ki, Ukrayna mayın 12-dən əvvəllər təklif edilən tam atəşkəs rejimini gözləyəcək.