“omrum.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.
Onun sözlərinə görə, tarix razılaşdırıldıqda, ictimaiyyətə bununla bağlı məlumat veriləcək.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 18-də rusiyalı həmkarını ölkəsinə səfərə dəvət edib. Bir neçə gün əvvəl İran hökumətinin rəsmi nümayəndəsi Fateme Mohacerani isə İranın Putinin Tehrana rəsmi səfərinə hazırlıqlara başladığını açıqlayıb.