Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Putinlə apardığım söhbətdən çox məyus oldum”
 
						“Putinlə apardığım söhbətdən çox məyus oldum”
Əlavə olunub: 07.04.2025 | 11:25 | Baxılıb: 4383
“Rusiya Prezidenti Vladimir Putinlə apardığım söhbətdən çox məyus oldum”.

“omrum.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Putinlə telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəs istiqamətində heç bir irəliləyiş əldə etməyib və Rusiya lideri Ukraynaya qarşı apardığı müharibəni dayandırmaq niyyətində deyil:

“Danışıq zamanı heç bir irəliləyiş əldə etmədim. Onun dayanmaq istəmədiyini düşünürəm və bu, çox pisdir. Bir çox məsələləri müzakirə etdik, o cümlədən İran barəsində də danışdıq. Amma mən bu gedişatdan məmnun deyiləm”.

Tramp, həmçinin bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışmağı planlaşdırdığını da bildirib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.