
“omrum.az” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Görüşün detalları barədə əlavə məlumat verilməyib.
Xatırladaq ki, noyabrın 30-da Floridada ABŞ və Ukrayna nümayəndə heyətlərinin danışıqları başa çatmış, tərəflər ABŞ-nin təklif etdiyi sülh planının yekun variantı üzrə razılığa gələ bilməmişdi. Danışıqlarda əsas müzakirə mövzuları ərazilərlə bağlı məsələlər və Ukraynanın NATO-ya üzvlüyü olub.
Məlumata görə, Ukrayna tərəfi xüsusilə Donetsk vilayətindən ordunun çıxarılması ilə bağlı bəndi Konstitusiya məhdudiyyətlərini əsas gətirərək qəbul etməyib. Həmçinin, Ukraynanın NATO-dan imtina etməsi ilə bağlı təklif də rədd edilib.
Qeyd edək ki, Kremlin açıqlamasına əsasən, sabah Rusiya Prezidenti Vladimir Putinlə Stiv Uitkoff arasında da görüş planlaşdırılır.