“omrum.az” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya Kansleri Fridrix Merts açıqlayıb.
Onun sözlərinə görə, bu barədə ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin Ağ Evdəki görüşdə fasilə zamanı telefonla danışarkən razılaşıblar.
Kansler, həmçinin qeyd edib ki, görüşün yeri daha sonra razılaşdırılacaq.
Xatırladaq ki, avqustun 18-də Ağ Evdə D.Trampla V.Zelenski, daha sonradan Avropa ölkələrinin liderlərinin iştirakı ilə görüş keçirilib. Putinin köməkçisi Yuriy Uşakov bildirib ki, Tramp telefon danışığı zamanı Putini Vaşinqtonda baş tutan danışıqlar barədə məlumatlandırıb.