Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qafqazın Rusiyanın əsarətindən azad olunduğu gündür”
 
						“Qafqazın Rusiyanın əsarətindən azad olunduğu gündür”
Əlavə olunub: 08.07.2025 | 03:46 | Baxılıb: 9818
Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Azərbaycan-Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh sazişi ilə bağlı maraqlı açıqlama verib.

“omrum.az” xəbər verir ki, Saakaşvili bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bunu mühüm tarixi hadisə adlandırıb: “Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər. Əliyevlə Paşinyan bir müddətdir ki, danışırlar, lakin ABŞ prezidentinin müdaxiləsi hər şeyi sürətləndirdi. Bu, dünya tarixinə Qafqazın Rusiyanın əsarətindən azad olunduğu gün kimi düşəcək.

Rusiya üç Cənubi Qafqaz ölkəsindən ikisində hegemonluğu rəsmən itirir, amma hələ də Gürcüstana nəzarət edir. Lakin bu nəzarət çox çəkməyəcək”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.