“omrum.az” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, İstanbul klubunun rəsmiləri qarşı tərəflə danışıqları yekunlaşdırmaq üzrədir. “Şəhərlilər” bu keçiddən 15 milyon funt-sterlinq qazanc əldə edəcək.
Qeyd edək ki, İsveçrə millisinin müdafiəçisi ötən mövsüm “Mançester Siti”nin heyətində 40 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.