Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.11.2025 | 10:25 | Baxılıb: 1089
Türkiyənin “Qalatasaray” klubu hücumçusu Alvaro Morata ilə yollarını ayırıb.

“omrum.az” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İspaniyalı forvardın müqaviləsinə icarə əsasında qarşılıqlı şəkildə xitam verilib.

32 yaşlı futbolçunun məxsus olduğu İtaliya təmsilçisi “Milan” “sarı-qırmızılar”a 5 milyon avro ödəyəcək. Həmçinin oyunçu alacağı 651 min 562 avrodan da imtina edib.

Qeyd edək ki, Alvaro Morata “Qalatasaray”a bu ilin fevralında keçmişdi. O, 2024-cü ildə İspaniya millisi ilə Avropa Çempionu olub.

Nihad Əsədov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.