Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qalstanyanın həbs müddəti uzadıldı
 
						Qalstanyanın həbs müddəti uzadıldı
Əlavə olunub: 08.21.2025 | 16:42 | Baxılıb: 525
İrəvan məhkəməsi “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini 3 ay uzadıb. 

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. 

Hakim Karen Farxoyan hesab edir ki, arxiyepiskop tərəfindən cinayət törədilməsi riski yüksək olaraq qalır. 

Xatırladaq ki, iyunda İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Baqrat Qalstanyanın iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib. Arxiyepiskop və onun tərəfdarları terror aktı törətmək və hakimiyyətin konstitusiyaya zidd yolla ələ keçirilməsinə cəhddə şübhəli bilinirlər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.