Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.08.2025 | 13:09 | Baxılıb: 1105
“Qanunların dili anlaşılan deyil. Rus çarlarından biri deyirdi ki, qanunları elə dildə yazın ki, sadə adamlar başa düşməsin. Məcbur olub məmurun qapısını döysün ki, bunu bizə izah elə. Bizim bəzi qanunlarımızın dili o cürdür”.

“omrum.az” xəbər verir ki, bunu Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda bildirib.

“Məsələn, “Təhsil haqqında” Qanun müzakirə olunanda bunu demişdim. “İnformal təhsil”, “distant təhsil”, “innovasiya” və s. kimi sözlər qeyd olunub. Bir sıra qanunlarımızda belə hal var. Çünki o qanunlar kənar ölkələrin qanunları əsasında hazırlanır. Uyğunlaşdıran adamlar da bizim dilimizi təmiz bilmir”, - xalq şairi bildirib.

Nuranə Daxilqızı

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.