Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qar yağdı, Zabrat yolu bu vəziyyətə düşdü - Video
 
						Qar yağdı, Zabrat yolu bu vəziyyətə düşdü 
							 - Video
Əlavə olunub: 02.26.2025 | 15:00 | Baxılıb: 11486
Günlərdir davam edən qarlı hava şəraiti Zabrat yolunda çuxurlar yaradıb. 

“omrum.az” xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, yaranan çuxurlar avtomobillər üçün təhlükə yaradır.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli müraciətimizə cavab olaraq bildirdi ki, problemli yollarda təmir işləri aparılacaq: “Yağışdan, qardan sonra intensiv hərəkət nəticəsində beton örtükdə müəyyən hissələrdə bu cür çuxurlar yarana bilər. Havalar düzələn kimi agentliyimiz tərəfindən həmin çuxurlarda cari təmir işləri həyata keçiriləcək. Ümumiyyətlə, yollarda haradakı problemli sahələr var, orada təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulub”.  

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.