
“omrum.az” xəbər verir ki, “Qarabağ” klubu Medinanın hazırkı durumu haqda məlumat yayıb.
“Bu gün aparılan müayinələr nəticəsində futbolçumuzun vəziyyətinin normal olduğu müəyyənləşib. Komanda sabah istirahət edəcək. Medinanın 2 gün sonra komanda ilə məşqlərə qoşulması gözlənilir”, - klubun açıqlamasında deyilir.