Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.05.2025 | 00:06 | Baxılıb: 2140
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Şkendiya” (Şimali Makedoniya) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

“omrum.az” xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100  manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Qeyd edək ki, Bakıdakı cavab matçı avqustun 12-si saat 20:00-da keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.