“omrum.az” xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkələrində məlumat verilib.
Bildirilir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna 28800 bilet satılıb.
Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda “Qarabağ” 3:1 hesabı ilə qələbə qazanıb.