Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.04.2025 | 17:57 | Baxılıb: 2097
UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

“omrum.az” xəbər verir ki, tədbirdə "Qarabağ"ın da potensial rəqiblərinin adına aydınlıq gəlib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasında “Şkendiya”dan üstün ola bilməsə mübarizəni Avroliqada davam etdirəcək. “Qarabağ” burada “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin matçları 21-28 avqust tarixlərində keçiriləcək.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya”ya qalib gələcəyi halda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.