Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qaraçuxurda manyak peyda olub? - Polisə çağırıldı
 
						Qaraçuxurda manyak peyda olub? 
							 - Polisə çağırıldı
Əlavə olunub: 04.07.2025 | 10:55 | Baxılıb: 5930
Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxsin yeniyetmə qızlara qarşı əxlaqsız hərəkətlər etdiyi iddia edilir.

“omrum.az” xəbər verir ki, son günlərdə həmin şəxsin qəsəbə ərazisində 2 məktəbli qıza yaxınlaşaraq xoşagəlməz hərəkətlər etməsi qeyd olunub. Artıq yeniyetmələrin yaxınları məsələ ilə bağlı polisə müraciət ediblər.

DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı polisə müraciət daxil olub: “Hazırda müraciətlə bağlı araşdırmalar aparılır”.

***

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, sosial şəbəkələrdə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətlərilə bağlı ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb: “Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib. Hər iki tərəf verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.