Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qaradağda qanunsuz tikililər söküldü - Foto
 
						Qaradağda qanunsuz tikililər söküldü 
							 - Foto
Əlavə olunub: 07.29.2025 | 17:44 | Baxılıb: 1404
Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə qanunsuz tikinti və torpaq zəbtinə qarşı nəzarət tədbirləri planlı şəkildə davam etdirilir.

“omrum.az” xəbər verir ki, bu çərçivədə, iyunun 29-da Qaradağ rayonunun qəsəbələrində aparılmış növbəti monitorinq zamanı sakinlər tərəfindən qanunsuz şəkildə zəbt olunmuş torpaq sahələrində tikinti işlərinin aparıldığı müəyyən edilib.

Aşkar edilmiş qanunsuz tikililərlə bağlı dərhal müvafiq tədbirlər görülüb, həmin tikintilər dayandırılıb və söküntü işləri həyata keçirilib.

Qaradağ RİH-dən bildirilib ki, rayon ərazisində qanunsuz tikinti və torpaq zəbtinə qarşı mübarizə qətiyyətlə davam etdiriləcək. Şəhərsalma qanunvericiliyinə zidd halların qarşısının alınması məqsədilə monitorinqlər və nəzarət tədbirləri gələcəkdə də ardıcıl olaraq həyata keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.