
“omrum.az” xəbər verir ki, o, bu məsələyə “Neftçi” ilə oyunla bağlı keçirilən mətbuat konfransında toxunub.
Jurnalistin “Sizcə, avrokuboklardakı qələbə daha prinsipialdır, yoxsa “Neftçi” üzərindəki?” sualına Qurbanov belə cavab verib:
“Bir söz deyə bilərəm ki, qardaşlarımız nə deyirsə, düz deyir. Biz həmişə onların yanındayıq. Hər klubun öz tələbləri var. Əgər o mühitə və insanlara uyğun qərar verirlərsə, biz onların yanındayıq”.