Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qarlı havada 7 qəzada 9 nəfər yaralanıb
 
						Qarlı havada 7 qəzada 9 nəfər yaralanıb
Əlavə olunub: 02.21.2025 | 10:31 | Baxılıb: 1713
Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“omrum.az” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat yayıb.

R.Tağıyev bildirib ki, nəticədə 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib.

İdarə rəsmisi deyib ki, son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə qarlı və buzlu yollar nəqliyyatın təhlükəsiz hərəkətinə təsir göstərir.

Bununla əlaqədar, yol polisi sürücülərə və piyadalara müraciət edərək diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır:

Sürücülərə tövsiyələr:

- Yol və hava şəraitinə uyğun hərəkət sürətini seçin;

- Qış təkərlərindən istifadə edin və nəqliyyat vasitənizi texniki cəhətdən saz vəziyyətdə saxlayın;

- Yol hərəkəti qaydalarına riayət edin və təhlükəli manevrlərdən çəkinin.

Piyadalara tövsiyələr:

- Yalnız müəyyən edilmiş piyada keçidlərindən istifadə edin;

- Görünməni artırmaq üçün qaranlıq saatlarda açıq rəngli və ya işıq əks etdirən geyimlər geyinin;

- Yollarda ehtiyatlı olun və nəqliyyat vasitələrinin hərəkətinə diqqət yetirin.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.