Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qarlı yolda mikroavtobus belə aşdı - Video
 
						Qarlı yolda mikroavtobus belə aşdı 
							 - Video
Əlavə olunub: 02.21.2025 | 15:53 | Baxılıb: 6085
Bu gün səhər saatlarında Zaqatala rayonunda mikroavtobus aşıb.

“omrum.az” xəbər verir ki, Zaqatala şəhəri ilə Muğanlı qəsəbəsi arasında fəaliyyət göstərən “Mercedes” markalı marşrut mikroavtobusu Aşağı Tala kəndində sürücünün idarəetməsindən çıxıb.

Nəqliyyat vasitəsi qarlı və sürüşkən yolda ağaca çırpılaraq yolun kənarına aşıb.

DİN-in Mətbuat xidmətinin Şəki Regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, qəzaya uğrayan avtobusda sürücü və iki sərnişin olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə anının görüntülərini təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.