Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qaxda əməliyyat - İcra başçısı saxlanıldı-Yenilənib
 
						Qaxda əməliyyat 
							 - İcra başçısı saxlanıldı-Yenilənib
Əlavə olunub: 06.20.2025 | 14:50 | Baxılıb: 26215
Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

“omrum.az” News24.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.

***

“omrum.az"in əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində başçıdan əlavə daha bir neçə vəzifəli şəxs saxlanılıb. Cinayət məsuliyyətinə cəlb ediləcək vəzifəlilər ilkin dindirmədən sonra 48 saat ərzində Səbail Rayon Məhkəməsinə çıxarılacaqlar.

Qeyd edək ki, o bu vəzifəyə 2010-cu ildə təyin olunub.

***

Əldə etdiyimiz məlumata görə, icra başçısı ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.

İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.