Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qaz təchizatı ilə bağlı qanun qüvvəyə mindi
 
						Qaz təchizatı ilə bağlı qanun qüvvəyə mindi
Əlavə olunub: 08.19.2025 | 15:52 | Baxılıb: 3481
“Qaz təchizatı haqqında” Qanun qüvvəyə minib.

“omrum.az” xəbər verir ki, Prezident İlham Əliyev qanunun tətbiqi barədə Fərmanı imzalayıb.

Bu Qanun qaz təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına (qurumlarına), o cümlədən tənzimləyiciyə şamil olunur.

Qanuna əsasən, qazdan istifadə qaydaları hazırlanacaq.

Nazirlər Kabineti qazdan istifadə qaydalarını hazırlayıb 9 ay ərzində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabinetinə bu müddət ərzində qaz təchizatı sisteminə dair qaydaları hazırlamaq da tapşırılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.