
“omrum.az” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
“Qazaxıstan Xarici İşlər Nazirliyi Novorossiysk dəniz limanının akvatoriyasında beynəlxalq Xəzər Boru Kəməri Konsorsiumunun kritik infrastrukturuna növbəti məqsədyönlü hücumla bağlı etiraz edir”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, bu, beynəlxalq hüquq normalarına uyğun olaraq işi aparılan mülki obyektə qarşı yönəlmiş üçüncü təcavüz aktıdır.
Departament əlavə edib ki, Qazaxıstan enerji təchizatının fasiləsiz olaraq davamlılığının tərəfdarıdır.