Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.17.2025 | 11:12 | Baxılıb: 1472
Azərbaycan və Qazaxıstan Müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyətləri arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib. 

“omrum.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkəmizdə keçirilən görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. 

Görüş çərçivəsində qonaqlar Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb.

Sonra Ümumqoşun Təlim Meydanında qeyd olunmuş mövzu üzrə nümayiş məşqində silah və təchizatın döyüş tətbiqi, bölmələrin taktiki fəaliyyətləri izlənilib.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.