Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qazaxıstanda bir ailənin 7 üzvü öldü - 5-i azyaşlıdır
 
						Qazaxıstanda bir ailənin 7 üzvü öldü 
							 - 5-i azyaşlıdır
Əlavə olunub: 03.02.2025 | 20:06 | Baxılıb: 3476
Qazaxıstanın Manqistau vilayətində ailə faciəsi yaşanıb.

“omrum.az” “Newtimes.kz”yə istinadən xəbər verir ki, bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb.

“Martın 2-də Manqistau vilayətinin Munaylinski rayonunun Basküduk kəndində fərdi evdə bir ailə zəhərlənib. Yardım göstərmək üçün gələn xilasedicilər və təcili tibbi yardım briqadaları hadisə yerində 7 nəfərin meyitini aşkar ediblər, onların 5-i azyaşlıdır. Ölənlərin hamısı Özbəkistan vətəndaşıdır” , - Vilayət adminstrasiyasının açıqlamasında deyilir.

Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin ilkin versiyasına görə, faciə qaz avadanlıqlarının istismarı qaydalarının pozulması nəticəsində baş verib.

Fövqəladə vəziyyətin səbəblərini araşdırmaq üçün Manqistau vilayət hakiminin birinci müavini Erbol İzbergenovun rəhbərlik etdiyi komissiya yaradılıb.

Qeyd edilib ki, ölən ailənin yaxınlarına dəfn də daxil olmaqla hərtərəfli yardım göstəriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.